Ağdaş rayonunda çəltik biçini başa çatmışdır.
2017 –ci ildə rayonda bitkiçilik məhsullarından olan çəltik sahələrinin artırılması və onun genişləndirilməsi üçün müvafiq işlər aparılmışdır. Rayonun əkinə yararlı və müəyyən zonalarında şoranlaşmış torpaqlar mövcud olduğundan həmin sahələrdən istifadə etməklə 2454 hektar sahədə çəltik əkilmişdir. Əkilmiş sahələrdən 8245 ton məhsul əldə olunmuşdur ki, bu da hər hektardan 33,6 sentner təşkil etmişdir. Əkinə az yararlı torpaq sahələrin yararlı əkin sahələrinə çevrilməsi üçün çəltik əkininin böyük əhəmiyyəti vardır. Uzun illərin təsərrüfatçılıq təcrübəsi göstərmişdir ki, çəltik əkinindən sonra növbəli əkin yaxşı nəticə vermişdir. Bu səbəbdən rayonun şoranlaşmış torpaqlarında çəltik əkilmiş və həmin sahələrdən yüksək məhsul əldə edilmişdir. Eyni zamanda çəltik dənli bitkilərdən tez yetişən və fermerlərə səmərə verən məhsuldar bitkidir.
2018-ci ildə rayonda çəltik əkini sahələrini daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.
Ağdaş rayonunda 2016-cı ildə 1311 hektar sahədə çəltik əkilmişdir.