Ağdaşda “Sağlam ailə gələcəyin təminatıdır!” adlı maarifləndirici tədbir keçirildi
Ağdaşda “Sağlam ailə gələcəyin təminatıdır!” adlı maarifləndirici tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam ailə gələcəyin təminatıdır!” adlı maarifləndirici layihənin qalibi olan “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Heydər Əliyev Mərkəzində fəal gənclərin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə çıxış edənlər sağlam ailənin cəmiyyətin təməli olduğunu qeyd etməklə, dövlətin cəmiyyətdən, cəmiyyətin ailədən, ailənin isə fərdlərdən meydana gəlməsi bildirildi. Bu zəncir mərkəzində yer alan “ailə halqası” nə qədər möhkəm olarsa, ondan yuxarıdakı təbəqələrin də o qədər möhkəm və sarsılmaz olacağı diqqətə çatdırıldı.
Qeyd edildi ki, cəmiyyətdə milli-mənəvi dəyərlər nə qədər doğru şəkildə mənimsənilərsə, ailədə hörmət və sayğı o dərəcədə yüksək ola bilər.
Diskussiya şəraitində keçən tədbir zamanı suallar cavablandırıldı, iştirakçılara layihənin rəhbərləri tərəfindən bukletlər paylanıldı, layihənin atributları əks olunan köynək və papaqlar hədiyyə edildi.