Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin oktyabrın 19-da Ağdaş rayonunun Qulbəndə kəndində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məslələri”nə dair işguzar forum keçirilmişdir

24 oktyabr 2017 | 11:00

2017-ci ilin oktyabrın 19-da Ağdaş rayonunun Qulbəndə kəndində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məslələri”nə
dair işguzar forum  keçirilmişdir
İşgüzar forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdaş rayonunun iqtisadi potensialına uyğun olaraq, əkinçilik, intensiv bağçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, süd və çəltik emalı müəssisələrinin, soyuducu anbarın yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Forumu giriş nitqi ilə açıq elan edən RİH başçısının birinci müavini İ.Yusifzadə öz nitqinə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin sakibkarlara göstərdiyi diqqət və qayğıdan və Cənab Prezidentin  verdiyi tövsiyyə və tapşırıqların sayəsində ölkədə yaranmış investisiya mühitindən, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin vacibliyindən, sözügedən  formun əhəmiyyətindən bəhs edərək formda iştirak edən sahibkarlara uğurlar arzuladı.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək Fondun fəaliyyət istiqamətlərindən və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. O bildirilib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Aran iqtisadi rayonunda fəaliyyət göstərən 13300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 542,5 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 10,7 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, əkinçilik, quşçuluq, aqroparkın yaradılması, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradacaq.
Tədbir çərçivəsində Ağdaş rayonunun Ərəbocağı kəndində dövlətin güzəştli krediti ayrılan cins heyvandarlıq təsərrüfatına baxış keçirilib.

Keçidlər