Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Dövlət Müstəqilliyi günü tədbirlərlə qeyd olundu

24 oktyabr 2017 | 11:00

Ağdaşda Dövlət Müstəqilliyi günü tədbirlərlə qeyd olundu.
18 oktyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Dövlət Müstəqilliyi günü” ilə əlaqədar dəyirmi masa keçirildi.
Tədbirdə idarə, müəssisə, təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər iştirak edirdi. 
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov açaraq bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul etmişdir. Bununla da Azərbaycan 20-ci əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşmaq imkanı əldə etmişdir. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin və onlara dəstək verənlərin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin itirilməsi təhlükəsini reallaşdırırdı.
Qeyd olundu ki, 1993-cü ildə Azərbaycan xalqı müdriklik nümayiş etdirərək ulu öndər Heydər Əliyevi Bakıya dövlət idarəçiliyinə dəvət etdi. Böyük siyasi təcrübəyə malik olan ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dövlət  müstəqilliyimizin möhkəmlənməsi yolunda qətiyyətli addımlar atıldı.
Tədbirdə çıxış edənlər ölkəmizdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sürətlə inkişaf etdiyi, yerlərdə müasir infrastruktur layihələrin icra edildiyi və sahibkarlığın inkişafında mühüm bir mərhələnin başlandığını qeyd etdilər. 
Dövlət Müstəqilliyi günü münasibətilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilmiş, kütləvi idman yarışları təşkil olunmuşdur.

Keçidlər