Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “İslam Həmrəyliyi İli” çərçivəsində tədbirlər davam etdirilir

12 oktyabr 2017 | 11:00

11 oktyabr 2017-ci il tarixdə Peşə məktəbində Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun xətti ilə “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirildi.
Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı müvafiq “Tədbirlər Planı”na uyğun olaraq Milli Elmlər Akademiyasının Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlilov tərəfindən məktəbin şagird və mühəndis-pedaqoji kollektivi qarşısında “Gənclərin dini, milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyəsi Azərbaycan dövlətinin siyasətində”  mövzusunda  mühazirə oxundu.
Tədbirdə gənc nəslin vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, gənclər arasında huquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası, zərərli dini cərəyanların təsirinə düşməməsi üçün onların nəzəri biliklərinin və peşə hazırlığının yüksəldilməsi, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması vurğulandı.

Keçidlər