Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda Beynəlxalq Müəllimlər günü münasibətilə tədbirlər keçirilmişdir.

07 oktyabr 2017 | 11:00

4-5 oktyabr 2017-ci il tarixlərdə Ağdaş Dövlət Humanitar kolleci və Heydər Əliyev Mərkəzində 5 oktyabr “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə tədbirlər keçirilmişdir. Tədbirlərdə rayonun təhsil müəssisələrində çalışan qabaqcıl, hazırda təqaüddə olan qocaman müəllimlər,  rəhbər təhsil işçiləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
İştirakçılar tərəfindən ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin  abidəsi ziyarət olunmuş, abidənin önünə tər güllər  düzülmüşdür. 
Tədbirlərdə çıxış edənlər  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə Prezidentinin təhsil işçilərinin əməyinin qiymətləndirilməsi istiqamətində imzaladığı sərəncamların təhsilin keyfiyyətinin artmasına  mühüm təsir göstərdiyini diqqətə çatdırmış, təhsil sahəsində aparılan islahatların uğurlu nəticələr verdiyini qeyd etmişlər.
Qeyd edək ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 2017-ci ildə Beynəlxalq Müəllimlər günü ərəfəsində möhtərəm Prezidentimizin sərəncamı ilə rayonumuzun təhsil işçilərini təmsil edən 2 nəfər- M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyanın müəllimi Məhəmməd Rəhimov “Tərəqqi” medalı, Müşviq İsayev adına şəhər tam orta məktəbin müəllimi Aygün Mahmudova “Əməkdar müəllim” fəxri adı ilə  təltif edilmişdir.
Tədbirlərdə təhsilin inkişafında xidmətlərinə görə fərqlənən bir qrup təhsil işçilərinə fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
Tədbirlər rayonun mədəniyyət kollektivləri, tələbə və məktəblilərin ifasında bədii-əyləncəli  proqramlarla başa çatmışdır.

Keçidlər