Ağdaş rayonunda payızlıq əkinlərinə start verilmişdir.
03 oktyabr 2017 | 11:00
2018-ci ilin məhsulu üçün dənli bitkilər əkiləcək sahələrdə yay şumu aparılmışdır. Əkiləcək sahələrdə malalama aparılmış və son tamamlama işləri başa çatdırılmışdır. 300 hektar sahədə arpa əkilmişdir. Payızlıq əkinlərin optimal müddətdə başa çatdırılması üçün mövcud texnikaların gücündən səmərəli istifadə olunur.
Payızlıq əkinlərdən arpa və buğda ilə yanaşı sarımsaq, kələm əkilməsi üçün müvafiq işlər görülmüşdür.
Məlumat üçün bildirirəm ki, Ağdaş rayonunda 2017-ci ilin məhsulu üçün 11999,5 hektar sahədə payızlıq dənli bitkilər , 2619 hektarı buğda, 8454 hektarı arpa əkilmişdir.Əkilmiş sahələrdən 25966,8 ton məhsul əldə edilmişdir.