Ağdaşda pambıq yığımına başlandı
Cari ildə Ağdaşda 3000 hektar sahədə pambıq əkilmişdir. Bu göstərici ötən illə müqayisədə 2 dəfədən artıqdır. Mövsümün əvvəlindən bu günədək pambıq istehsalçılarına köməkliklər göstərilmiş, onların zəruri texnika, ehtiyat hissələri, toxum, gübrə, ziyanvericilərə qarşı kimyəvi preparatlar və digər ehtiyacları qabaqcadan müəyyənləşdirilərək təchizat problemləri vaxtında həll edilmişdir.
Fermerlər tərəfindən pambıq məhsulunun əllə toplanılmasına ötən illə müqayisədə bu il daha tez başlanılmışdır.
Yığıma hazırlıq ərəfəsində mütəxəssis rəyləri və pambıq kollarında yetişmiş qozalar deməyə əsas verir ki, fermerlər mövsüm ərzində hektardan ən azı 20 sentnerdən artıq məhsul toplanılmasını təmin etmək əzmindədirlər.
Yaxın həftələr ərzində yetişdirilən məhsulun pambıqyığan maşınlar vasitəsi ilə toplanılması üçün son hazırlıqlar artıq başa çatmaq üzrədir.
Yığım davam edir.