Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilmişdir

19 oktyabr 2012 | 10:00

17 oktyabr 2012-ci il tarixdə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabr ayının 10-da Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn vəzifələrin icrası ilə bağlı 2012-ci ilin 9 ayında Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” rayon İHB yanında Şuranın iclası keçirilmişdir. İclas Rayon İcra Hakimiyyətinin iclas zalında idarə, müəssisə, təşkilat rəhbərlərinin, icra nümayəndələri və bələdiyyə sədrlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə (120 nəfər) keçirilmişdir.
İclasda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov 2012-ci ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir. Sonra məruzə ətrafında çıxışlar olmuş və şuranın qərarı qəbul edilmişdir.

 

Keçidlər