Ağdaş rayonunda əkinə yararlı suvarılmayan 15800 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə işlər davam etdirilir
Su mənbəyi Yuxarı Şirvan kanalından olan 4300 ha ərazi üzrə layihə işləri başa çatmış, 9 km boruların düzülməsi üçün torpaq qazma işləri görülmüşdür. Bundan əlavə bazada tikinti işləri aparılmışdır. Həmçinin boru xəttinin keçəcəyi ərazidə yerləşən axmazlara 2250 maşın torpaq tökülərək bərkidilmə işlər aparılmış, boruların altında qalacaq hissələrə 95 maşın çınqıl və 30 maşın qum tökülmüşdür. 9 km boru çəkilişi və xidməti yolun çəkilişi aparılmışdır.
Su mənbəyi Kür çayından olan 7000 ha ərazi üzrə layihə-smeta sənədləri hazırlanıb başa çatmış, 3,6 km boruların düzülməsi üçün torpaq qazma işləri görülmüşdür. boruların altında qalacaq hissələrə 110 maşın çınqıl tökülmüşdür. 1 km boru çəkilişi işləri aparılmışdır.
Su mənbəyi Türyançay çayından olan 4500 ha ərazi üzrə layihə-smeta sənədləri hazırlanıb başa çatmış, hal-hazırda FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Ekspertiza İdarəsinə və digər aidiyyatı qurumlarla razılaşdırılması üçün sənədləşmə işləri aparılır. Kanalda çayın məcrasının dəyişdirilməsi və baza tikintisi işləri, bazaya gedən yolun təmir edilməsi davam etdirilmişdir.