Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilmişdir.

17 avqust 2017 | 11:00

16 avqust 2017-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ləki qəsəbə tam orta məktəbində "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirildi.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş şöbəsinin müdiri Əliheydər Zülfüqarov, ziyalılar, qeyri-hökumət və gənclər təşkilatları, din xadimlərinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Novruzova dövlətimizin dinə dəstəyini xüsusi vurğulayaraq gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı keçirilən maarifləndirmə tədbirlərinin  əhəmiyyətini diqqətə çatdırdı.
Natiq qeyd etdi ki, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür.
Tədbirdə məruzə ilə çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizm, ekstremizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktiki tədbirlərin görülməsinin vacibliyindən, ölkəmizdə mövcud qeyri-ənənəvi dini cərəyanların fəaliyyətindən, onlara qarşı mübarizənin başlıca üsullarından danışdı. O, dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliği məqsədi ilə hərtərəfli maarifçilik işini özündə birləşdirən kompleks tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu diqqətə çatdırdı.
Sonda tədbir iştirakçılarının təklif və tövsiyələri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər