Ağdaşda məişət zorakılığı mövzusuna həsr edilən seminarlar başa çatdı.
25-26 iyul 2017-ci il tarixlərdə Heydər Əliye Mərkəzində “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən Zorakılığa “Yox deyək”- Ailəmizi qoruyaq” məişət zorakılığıyla bağlı maarifləndirmə işinin təşkili adlı layihənin icrasına həsr edilən 2 günlük seminarlar başa çatdı. Seminarlarda rayonun müxtəlif fəaliyyət sferalarında çalışan qadınlar iştirak edirdi.
Birliyin sədri Nailə İsmayılova və ekspertlər iştirakçılara məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilik bazası, zorakılığa məruz qalmış qadınlara qarşı qanunvericilikdə nəzərdə tutulan tibbi, psixoloji və hüquqi yardımların göstərilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verməklə, bu istiqamətdə baş verə biləcək halların qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırdılar.
İştirakçıların sualları cavablandırıldı.
Tədbirin yekununda iştirakçılara məişət zorakılığıyla bağlı maarifləndirmə işinin təşkilinə dair hədiyyələr və əyani vəsaitlər- bukletlər paylanıldı.