Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

23 iyun 2017 | 11:00

Ağdaşda 23 iyun 2017-ci il tarixdə dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə ümummlili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdü, ulu öndərin xatirəsini ehtiramla yad etdilər. Tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.
Tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində görülən işlərdən danışdı, dövlət qulluqçularının peşə bayramının təsis edilməsi haqqında sərəncamının mühüm əhəmiyyətini yüksək qiymətləndirdilər. Xüsusi vurğulanmışdır ki, müasir dövlət qulluğu dövlət idarəetmə kadrlarının fəaliyyətindən ibarətdir. Dövlət qulluqçuları da ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət idarəçiliyi mexanizminin tətbiqini zamanın tələbinə uyğun həyata keçirən vəzifəli şəxslərdir. Eyni zamanda   peşəkar kadrlar dövlət qulluğunun əsas hərəkətverici qüvvəsini təşkil edir.
  Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli Sərəncamı ilə rayon icra hakimiyyəti başçısının Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham İlyaz oğlu Rəsulov  dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Qeyd  edək ki, hazırda rayonun müvafiq icra strukturlarında 251 nəfər dövlət qulluqçusu çalışır.
Sonda xatirə şəkli çəkdirildi, yerli icra strukturlarında çalışan bir qrup dövlət qulluqçularına dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər