Ağdaş rayonunda 10 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması işləri davam etdirilir
21 iyun 2017 | 11:00
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilmiş 33 kilometr uzunluğunda, 11.7 min nəfər əhalisi olan 10 yaşayış məntəqəsini birləşdirən Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı kənd avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Yenidən qurma işlərini "Azəravtoyol” ASC texnoloji ardıcılığa riayət etməklə və yüksək keyifyyətlə həyata keçirir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Həmçinin işlər tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.