Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda tədbir keçirildi

20 iyun 2017 | 11:00

19 iyun 2017-ci il tarixdə  Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birgə “Dayaq” Mentorluq Proqramı çərçivəsində  Ağdaş rayonunda bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində hazırlanmış “Səmərəli ünsiyyət” adlı təlimat kitabçasının təbliği məqsədilə təlim keçirildi.
Təlimdə rayonda müxtəlif vəzifələrdə çalışan və bələdiyyə üzvü olan qadınlar iştirak edirdi.
Rayon İcra Hakimiyyəti başçısının müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova  tədbiri giriş sözü ilə açaraq qonaqları salamladı, bu səpkili maarifləndirmə xarakterli tədbirin keçirilməsinə görə iştirakçılar adından  layihənin rəhbərlərinə minnətdarlığını bildirdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva, Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri, qadın problemləri üzrə ekspert Ruhəngiz Hüseynova, Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramı üzrə  məsləhətçi Fidan Qasımova çıxış edərək təşkil olunan tədbirin məqsəd və əhəmiyyətindən söz açdılar. Suallar cavablandırıldı.
Qeyd olundu ki, ki, Azərbaycan bələdiyyələrində təmsil olunan qadın üzvlər üçün nəzərdə tutulmuş “Dayaq” Mentorluq layihəsi 2012-ci ildən GİZ-in yerli özünüidarəetmə proqramı tərəfindən həyata keçirilir. Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Layihənin əsas məqsədi qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və eləcə də yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməkdir.
Diskussiya şəraitində keçirilən tədbirdə iştirakçılara “Səmərəli ünsiyyət” adlı metodiki vəsait paylanıldı.

Keçidlər