Ağdaş rayonunda son zəng tədbirləri keçirildi.
14 iyun 2017-ci il tarixdə Ağdaş rayonunun 41 ümumtəhsil məktəblərində XI sinif şagirdlərinin iştirakı ilə ənənəvi son zəng tədbirləri keçirildi.
Rayonun təhsil müəssisələrində keçirilən tədbirlərdə iştirak edən Milli Məclisin deputatı Cavid Osmanov, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, vaildeynlər, pedaqoji kollektivlər və onbirinciləri təbrik edərək onlara öz arzu və istəklərini bildirmiş, müstəqil həyatın astanasında olan gənclərə Vətənə layiqli övladlar olmağı tövsiyə etmiş, qarşıdan gələn buraxılış imtahanları, elm, təhsil sınaqları və müstəqil həyat yollarında davamlı uğurlara nail olmağı arzulamışlar.
Tədbirlərdə çıxış edənlər qeyd etmişlər ki, ulu öndər Heydər Əliyevin milli dövlətçilik strategiyasının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan Respublikasının birinci vitse prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə təhsil sahəsində həyata keçirilən islahat və tədbirlər təhsilin müasir infrastrukturunun yaradılması, tədris-maddi bazanın möhkəmləndirilməsinə ciddi təsir göstərmişdir.
Qeyd olunan istiqamətlərdə əldə edilən uğurlar son nəticədə təhsilin keyfiyyət göstəricilərinin daha da yaxşılaşmasına müsbət zəmin yaratmışdır.
Məktəblərin daxilində keçirilən tədbirlərdə məzunların ifasında bədii proqramlar nümayiş etdirilmiş, xatirə şəkilləri çəkdirilmiş, birinci sinif şagirdləri məzunları təbrik etmiş, rəmzi son zəng çalınmışdır.
Qeyd edək ki, 2016/2017-ci dərs ilində Ağdaş rayonunun 68 ümumtəhsil məktəbi üzrə ümumi təhsilə cəlb olunan 14410 nəfər şagirddən 1187 nəfəri ümumi orta təhsil pilləsini, 830 nəfər şagirdin tam orta təhsil pilləsində təhsilini başa vuracağı gözlənilir.