Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda əkinə yararlı suvarılmayan 15800 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə işlər davam etdirilir

12 iyun 2017 | 11:00

Hazırda Ağdaş rayonunda da, bu istiqamətdə mühüm işlər görülməkdədir. Əkinə yararlı suavrılmayan torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamına əsasən rayonda əkinə yararlı suvarılmayan 15800 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə işlərə start verilmişdir.
Su mənbəyi Yuxarı Şirvan kanalından olan 4300 ha ərazi üzrə layihə işləri başa çatmış, 6,55 km boruların düzülməsi üçün torpaq qazma işləri görülmüşdür. Bundan əlavə bazada tikinti işləri aparılmışdır. Həmçinin boru xəttinin keçəcəyi ərazidə yerləşən axmazlara 2250 maşın torpaq tökülərək bərkidilmə işlər aparılmış, boruların altında qalacaq hissələrə 95 maşın çınqıl və 30 maşın qum tökülmüşdür. 240 metr boru çəkilişi və 1 km xidməti yolun çəkilişi aparılmışdır.
Su mənbəyi Kür çayından olan 7000 ha ərazi üzrə layihə-smeta sənədləri hazırlanıb başa çatmış, 3,6 km boruların düzülməsi üçün torpaq qazma işləri görülmüşdür. boruların altında qalacaq hissələrə 110 maşın çınqıl tökülmüşdür.
Su mənbəyi Türyançay çayından olan 4500 ha ərazi üzrə layihə-smeta sənədləri hazırlanıb başa çatmış, hal-hazırda  FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Ekspertiza İdarəsinə və digər aidiyyatı qurumlarla razılaşdırılması üçün sənədləşmə işləri aparılır.
İşlər vaxtında, sürətlə və  keyfiyyətlə aparılması nəzarətdə saxlanılmışdır.

Keçidlər