Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda meyvə və giləmeyvə yığımı sürətlə davam edir

09 iyun 2017 | 11:00

Aqrar sahənin bir hissəsi olan meyvəçilik rayonda inkişaf etməkdədir. Hazırda rayonda 2597 hektar meyvə bağı mövcuddur. Həmin meyvə bağlarından 1642 hektarı bar verən bağlardır. 2016-cı ildə bağlardan 20157 ton məhsul istehsal olunmuşdur ki, buda ümumilikdə 122,7 serntiner təşkil edir.Bu ildə yüksək məhsul götürülməsi gözlənilir.
Ağdaş rayonunda  bütün meyvə növlərindən əkilir . Əsasən  Alça , Nar, Xurma, Heyva, Gilas, Gavalı,Ərik bağları çoxluq təşkil edir. Hazırda bəzi meyvələrin yığımına başlanmış və davam etdirilir.
2017-cı ilin yaz aylarında yeni (nar, heyva, gilas, xurma və s.) meyvə  bağları salınmış, cari ilin payız aylarında isə meyvə bağlarının salınmasının davam etdirilməsi üçün hazırlıq işləri görülür.

Keçidlər