Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edildi.

05 iyun 2017 | 11:00

5 iyun 2017-ci il tarixində rayonun su təsərrüfatı və meliorasiya işçilərinin iştirakı ilə peşə bayramı münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısında tədbir keçirildi.
Tədbir iştirakçıları xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək tər güllər düzdülər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə tədbirdə çıxış edərək su təsərrüfat sahələrinin rəhbərləri və rayon Sukanal idarəsinin işçilərini peşə bayramı münasibətilə təbrik etdi.
Qeyd edildi ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarında kənd təsərrüfat təyinatlı torpaqların suvarılması, sakinlərin içməli suya olan tələbatının ödənilməsi, kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlər öz əksini tapmışdır.
  Möhtərəm Prezidentimizin daimi nəzarəti və diqqəti sayəsində bu istiqamətdə nəzərdə tutulan layihələrin artıq böyük bir hissəsi reallaşdırılmışdır.
Həmin proqramların icrası nəticəsində Ağdaş rayonunda da su və kanalizasiya xidmətləri sistemində köklü dəyişikliklər baş vermişdir. Hazırda bu proses uğurla davam etdirilir.
Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə kollektivləri adından dərin minnətdarlıq hisslərini  bildirdilər.
Tədbirin yekununda peşə bayramı münasibətilə rayonun su təsərrüfatı və meliorasiya işçilərinin bir nəçə əməkdaşına fəxri fərmanlar təqdim olundu.

Keçidlər