Ağdaşda barama qəbuluna başlanmışıdır
Respublikamızda qeyri neft sektorunun inkişafı baxımından kənd təsərrüfatı sahələri arasında özünəməxsus yeri olan, qədim ənənələrə malik baramaçılıq və ipəkçilik sahələrinin inkişafı xüsusi önəm daşıyır.
Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə ipəkçilik və baramaçılığın inkişafına ciddi dövlət dəstəyinin göstərilməsi və sürətli inkişafının təmin edilməsi ilə bağlı aidiyyatı dövlət qurumları qarşısında konkret tapşırıqlar qoymuşdur.
Həyata keçirilmiş tədbirlər nəticəsində 2016-cı ildə 2007-ci ildən bəri ilk dəfə olaraq respublikada 70,7 ton yaş barama məhsulu istehsal edilmiş, 1250-yə yaxın kümçü ailəsi bir ay ərzində 600 min manata yaxın pul gəliri əldə etmişlər.
Ağdaş rayonunda da baramaçılığa maraq artmışdır. Rayonda 2016-cı ildə 2050 kq barama istehsal olunmuşdur.
2017-ci ildə 6000 kq barama tədarük edilməsi nəzərdə tutulmuşdur. Bunun üçün 111 nəfər kümçüyə 120 qutu toxum verilmiş, kümçülərlə müqavilə bağlanmışdır. Hazırda kümçülər tərəfindən barama təhvilinə başlanmış 1418 kq yaş barama təhvil verilmişdir. Mütəxəssislərin və kümçülərin fikrinə əsasən bol məhsul gözlənilir.