Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Dövlət Humanitar Kollecində Son zəng tədbiri keçirildi.

01 iyun 2017 | 11:00

    31 may 2017-ci il tarixdə  Ağdaş Dövlət Humanitar Kollecində Son zəng tədbiri keçirildi.
Tədbirdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, vaildeynlər, kollecin  pedaqoji kollektivi iştirak edirdi.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı.  İslam Həmrəyliyi ili ilə bağlı videoçarx nümayiş etdirildi.
Kollecin rəhbərliyi 2017-ci ildə müxtəlif ixtisaslar üzrə kollecdə təhsilini başa vuran təəbələrə Vətənə layiqli övladlar olmağı tövsiyə etməklə,  qarşıdan gələn dövlət  imtahanları, müstəqil həyat  yollarında davamlı uğurlara nail olmağı arzuladı.
    Təhsil və ictimai işlərdə nailiyyətləri ilə fərqlənən tələbələrin böyük bir qrupuna fəxri fərmanlar təqdim edildi.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin milli dövlətçilik strategiyasının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə təhsil sahəsində həyata keçirilən  islahat və tədbirlərin təhsilin müasir infrastrukturunun yaradılması, tədris-maddi bazanın  möhkəmləndirilməsinə  ciddi təsir etdiyini qeyd edərək,  əldə  olunan uğurların təhsilin keyfiyyət göstəricilərinin daha da  yaxşılaşmasına  müsbət zəmin yaratdığını diqqətə çatdırdı.
Tədbir tələbələrin ifasında şən musiqi nömrələri və əyləncəli səhnəciklərlə davam etdirildi. Rəmzi son zəng çalındı.
Qeyd edək ki, 2016/2017-ci dərs ilində Ağdaş Dövlət Humanitar Kollecində  8 ixtisas üzrə 281 nəfər tələbənin təhsilini başa vuracağı gözlənilir.

Keçidlər