Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Beynəlxalq Muzeylər gününə həsr edilən tədbir keçirildi.

18 may 2017 | 11:00

18 may 2017-ci il tarixdə saat 10:30-dan başlayaraq Heydər parkında yerləşən tarix-diyarşünaslıq muzeyinin qarşısında muzey kollektivləri tərəfindən hazırlanan Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Açıq qapı” tədbiri keçirildi.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, təhsil müəssisələrinin rəhbərləri iştirak edirdi.
Tarix-diyarşünaslıq muzeyinin direktoru Nişanə Yusifova, Regional Mədəniyyət  və Turizm İdarəsinin rəisi Tahir Əliyev, çıxış edən digər natiqlər muzey işçilərini peşə bayramı münasibətilə təbrik edərək ziyarətçi  və qonaqlara ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinə  göstərilən diqqət və dövlət qayğısından danışmaqla, bu siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırdılar.
Rayonun mədəniyyət kollektivləri və Heydər Əliyev Mərkəzinin rəqs dərnəyinin üzvlərinin ifasında təqdim edilən muğam, xalq mahnıları və  milli rəqslər tədbirin ahənginə xüsusi rəng qatmaqla  iştirakçılarda  xoş ovqat yaratdı.
Tədbir başa çatdıqdan sonra İştirakçılar tərəfindən muzeyin önü və ekspozisiya zallarında  sərgilənən  tarixi eksponatlara  baxış keçirildi.

Keçidlər