24 fevral 2023-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib.
Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimovun sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Mərkəzi Aran Regional Məşğulluq Filialının Ağdaş rayon xidmət şöbəsinin, Ağdaş rayon Statistika idarəsinin, Ağdaş rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Ağdaş rayon şöbəsinin, “Ağdaş” qəzeti redaksiyasının, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının və Ağdaş şəhər bələdiyyəsinin rəhbər və məsul işçiləri iştirak ediblər. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Kərimov iclası giriş sözü ilə açaraq keçirilən iclasın məqsəd və əhəmiyyətindən söz açıb. Rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlərdən danışıb. İclasda rayon əhalisinin məşğulluğunun təmin olunması istiqamətində məqsədyönlü işlərin aparıldığı bildirilərək,eyni zamanda rayonda qeyri-rəsmi məşğulluğun qarşısının alınması , rəsmiləşdirilməyən əmək münasibətləri və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil olunması, aidiyyəti dövlət qurumları ilə əlaqələndirilməsi və digər məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.