Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd edildi.

08 mart 2017 | 11:00

Tədbirdə rayonun yerli icra strukturları, bələdiyyə qurumları, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin  ictimai təşkilat və birlikləri təmsil edən fəal qadınların bir qrupu iştirak edirdi.
Rayon icra hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə qadınları rayon rəhbərliyi adından bayram günü münasibəti ilə təbrik etdi. O, çıxışında bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmış, gender məsələlərinin həllində əhəmiyyətli dönüşə nail olunmuşdur. Qeyd olundu ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğu proseslərində qadınların yaxından iştirakı, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolu  daim diqqət mərkəzində saxlanılır.
Natiq ölkəmizdə bütün sahələrdə qazanılan uğurlarda qadınların, xüsusilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri  Mehriban xanım  Əliyevanın danılmaz xidmətlərinin olduğunu diqqətə çatdırdı.
Çıxış edənlər rayonda 8 mart Beynəlxalq  günü münasibətilə keçirilən bir sıra tədbirlər, o cümlədən qızlar arasında  idmanın voleybol növü üzrə yarışlarının təşkil edildiyini qeyd etməklə, qadınlara  göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq hisslərini ifadə etdilər.
  Ziyafət süfrəsi ətrafında bədii proqramla müşayiət olunan tədbirdə iştirakçılar rayonun mədəniyyət kollektivləri tərəfindən təqdim edilən rəngarəng konsert proqramına tamaşa etdilər.
Təqdim olunan mahnı və rəqslər alqışlarla qarşılandı.

 

Keçidlər