Ağdaşda 5 Mart “Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə güllər düzmüşlər.
Əvvəlcə 2016-cı ildə rayonun idman həyatında əldə edilən nailiyyətlərlə bağlı videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov iştirakçıları əlamətdar gün münasibəti ilə təbrik edərək bildirdi ki, artıq 11 ildir ki, 5 Mart “Bədən tərbiyəsi və İdman günü” kimi qeyd olunur. Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla 5 mart Azərbaycanda Bədən tərbiyəsi və İdman günü elan edilmişdir. Dövlətimiz tərəfindən idmanın inkişafının və idmançılara göstərilən qayğının başlıca məqsədi Azərbaycanda sağlam gəncliyin formalaşdırılması, ölkəmizin idman nüfuzunun yüksəldilməsi və beynəlxalq aləmdə daha da tanınmasıdır. Bu gün paytaxtımız da daxil olmaqla bölgələrimizdə müasir standartlara cavab verən 50-yə yaxın Olimpiya idman kompleksinin fəaliyyət göstərməsi və idmanın inkişafına dair qəbul edilən dövlət proqramları yeniyetmələrə, gənclərə, eyni zamanda idmançılara göstərilən qayğının parlaq nümunəsidir. Son illər Azərbaycanın mühüm idman mərkəzlərindən birinə çevrilməsi qeyd olunmaqla 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da ölkəmizdə keçirilməsi Azərbaycanın böyük idman dövlətinə çevrilməsinin mühüm göstəricisi olduğu diqqətə çatdırılmışdır.
Çıxış edənlər ölkə rəhbəri tərəfindən respublikada idmanın kütləviliyinə nail olunması və ölkə idmanının daha da inkişaf etdirilməsi üçün aidiyyəti qurumlar qarşısında xüsusi vəzifələr qoyulduğunu qeyd etməklə, ölkədə həyata keçirilən məqsədyönlü və davamlı sosial siyasətin bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynadığını diqqətə çatdırmışlar.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.