Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Xocalı faciəsinin 25-ci ild önümü silsilə tədbirlərlə qeyd olunmuşdur.

27 fevral 2017 | 11:00

Fevralın 24-də rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur.
Tədris müəssisələrində keçirilən tədbirlərdə Xocalı faciəsinin insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olmasının əsl səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 25 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanmış, terroru dəstəkləyənlər qətiyyətlə pislənilmişdir.
Rayonda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərin davamı olaraq 25 fevral 2017-ci il tarixdə  Heydər  Əliyev Mərkəzində  rayon ictimaiyyəti nümayəndələri və  rayonda məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə anım tədbiri keçirilmişdir. Tədbirdə gənc rəssamların əl işlərindən ibarət sərgiyə  baxış keçirilmişdir.
Tədbir iştirakçıları tərəfindən faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.            
Dəyirmi masa ətrafında  davam etdirilən tədbirdə  məruzə  və çıxışlarda Xocalı  qətliamı ürək ağrısı ilə bir daha xatırlanmış, dünyanın əksər dövlətləri tərəfindən faciəni törədən baiskarlara qarşı münasibətdə ikili standartların tətbiq olunduğu qeyd  edilmiş, insanlığa sığışmayan bu  soyqırım aktına hələ də beynəlxalq miqyasda düzgün hüquqi qiymət verilmədiyi, müqəssirlərin uzun müddət  cəzasız qaldığına görə etirazlar bildirilmiş, erməni vəhşiliyi və qəddarlığı pislənilmişdir.
Rayonda məskunlaşan Xocalı sakinlərinə İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir. 
26 fevral 2017-ci il tarixdə rayonun bütün ərazisində matəm əlaməti olaraq dövlət bayraqları endirilmiş, saat 17:00-da rayon mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi avtomobillərin səs siqnalları vasitəsi ilə bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Keçidlər