Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirildi.

17 fevral 2017 | 11:00

2017-ci il fevral ayının 17-də Heydər Əliyev Mərkəzində Ağdaş rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi.
Tədbirdə rayon ictmaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri,  qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak  edirdi.
Hesabat yığncağının iştirakçıları əvvəlcə ulu öndər  Heydər Əliyevin  abidəsi önünə gələrək  xalqımızn ümummilli liderinin xatirəsini ehtiramla yad etdilər.
Tədbir iştirakçılarına   rayonun sosial-iqtisadi, mədəni  və aqrar sahədəki inkişafı, aparılan abadlıq və quruculuq işlərindən bəhs edən viodeoçarx nümayiş olundu.
Yığıncaqda  Ağdaş rayon İcra hakimiyyətinin başçısı  Tofiq İbrahimov  “2016-cı ildə Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında”  məruzə ilə çıxış edərək aparılan geniş sosial-iqtisadi inkişaf prosesləri, görülən abadlıq və quruculuq işləri, əhalinin sosial müdafiəsinin etibarlı şəkildə qorunması istiqamətində ölkədə həyata keçirilən antiböhran tədbirləri, yeni iş yerlərinin yaradılamsı, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi və rayon ərazisində torpaqların əkin dövriyyəsinə qaytarılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi.
Məruzə ətrаfındа çıхış еdənlər 2016-cı ildə görülmüş işlər və qarşıda duran hədəflərdən dаnışaraq rəy və təkliflərini səsləndirdilər. 
Tədbirin gedişi zamanı iştirakçıları maraqlandıran suallar cavablandırıldı, qaldırılan təkliflər  dinlənildi.
Milli Məclisin deputatları Cavid Osmanov, Elman Nəsirov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov  çıxış edərək respublikada sosial-iqtisadi inkişaf proseslərinin sürətləndirilməsi və qarşıda duran məsələlərlə bağlı ölkə rəhbərliyinin mövqeyini şərh etməklə,  cari ildə rayonda  nəzərdə tutulan konkret  tədbirlərin icrasının vaxtında yerinə yetirilməsinin vacibliyini vurğuladılar, tədbirin gedişində səsləndirilən suallar və təkliflər cavablandırdı.
Rayon ictimaiyyətinin nümayəndələri adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə müraciət  qəbul edildi.

Keçidlər