Ağdaşda Gənclər günü qeyd olundu.
1 fevral 2017-ci il tarixdə saat 11:00-da Habil Əliyev adına Musiqi məktəbində “2 fevral Azərbaycan Gəncləri günü” münasibətilə tədbir keçirildi.
Tədbirdən öncə rayon ictimaiyyəti nümayəndələri, fəal rayon gəncləri
ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir iştirakçıları əvvəlcə 2016-cı ildə rayonda gənclər siyasəti ilə bağlı həyata keçirilən tədbirləri əks etdirən videoçarxa tamaşa etdi.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxış edərək iştirakçıları salamladı, idarə tərəfindən 2016-cı ildə Gənclər və idman sahəsində görülmüş işlər, rayonda aparılan gənclər siyasəti sahəsində görülən işlər barədə ətraflı məlumat verdi.
Çıxış edən natiqlər gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi. Onlar Gənclər gününün təsis edilməsi ilə bağlı tarixə toxunaraq bildirdi ki, ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Məhz ümummilli liderin 1997-ci ildə imzaladığı fərmanla MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral – Gənclər günü Azərbaycanda qeyd olunmağa başlanmışdır.
Daha sonra vurğulanmışdır ki, müstəqil Azərbaycanda əsası xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daha da möhkəmlənən ictimai-siyasi sabitlik hökm sürür.
Son 13 ildə Azərbaycanda böyük uğurlar və nailiyyətlər əldə edilmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində kamil və bilikli gənclərin yetişdirilməsi öz parlaq təzahürünü tapmaqdadır. Onun gerçəkləşdirdiyi çoxşaxəli layihələr gənclərin mənəvi-estetik tərbiyəsinin formalaşmasında mühüm əhəmiyyətə malik olmaqla, gənc nəslin sabaha ümidlə baxmasına möhkəm zəmin yaradır.
Çıxış edənlər gənclərin həyatda öz layiqli yerlərini tutması üçün onların üzərinə məsul vəzifələrin düşdüyünü qeyd edərək, vətənpərvərlik tərbiyəsi, azərbaycançılıq ruhunun bütün fəaliyyət istiqamətləri üzrə əsas hədəfə çevrilməsi, innovativ fəaliyyətə daim dəstək verilməsinin əhəmiyyətini vurğuladılar.
Tədbir gənclərin ifasında bədii proqramı ilə davam etdirildi.
Rayonun ictimai-mədəni həyatında fərqlənən gənclərin bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.