Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda istehlakçıların maarifləndirilməsi məqsədi ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilmişdir

13 yanvar 2017 | 11:00

Ağdaş rayonu İcra Hakimiyyətinin iclas zalında Ağdaş rayon İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə istehlakçıların maarifləndirilməsi məqsədi ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirilmişdir. Konfransda Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat veriblər. İstehlakçı hüquqlarının müxtəlif aspektlərini əhatə edən məruzələrdən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən istehlakçı hüquqları, ticarət və xidmət qaydaları, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə suallar cavablandırılıb, iştirakçılara istehlakçı hüquqlarına dair 18 adda maarifləndirici bukletlər paylanılıb.

Keçidlər