Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda seminar-müşavirə keçirilmişdir

04 oktyabr 2016 | 11:00

4 oktyabr 2016-cı il tarixdə Habil Əliyev adına Musiqi məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Qafqaz Müsəlmanları idarəsinin Ağdaş Regional İdarəsinin qazisi Əli Məmmədov, rayon ağsaqqalları, dini icmaların sədrləri, gənclər, təhsil müəssisələrinin rəhbərləri, ziyalılar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Qalib Həsənov açaraq dinə, dindarlara olan dövlət qayğısından bəhs etmişdir.
DQİDK-nın sədr müavini Səyyad Salahlı dini ekstremizm, radikalizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən, ölkəmizdə mövcud qeyri-ənənəvi dini cərəyanların fəaliyyətindən, onlara qarşı mübarizə üsullarından söhbət açmışdır.
Sonra Qafqaz Müsəlmanları idarəsinin Ağdaş Regional İdarəsinin qazisi Əli Məmmədov və çıxış edən digər nümayəndələr çıxışlarında dövlətimizin dinə dəstəyini xüsusi vurğulamışdır. 
Tədbir dialoq şəklində davam etdirilmişdir.

Keçidlər