Ağdaşda Milli Mətbuat Günü qeyd edildi.
22 iyul 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Milli Mətbuat Günü münasibətilə ictimaiyyətin nümayəndələri və “Ağdaş” qəzeti redaksiyasının əməkdaşlarının iştirakı ilə tədbir keçirildi.
Milli Mətbuat Gününə həsr olunan videoçarx nümayiş etdirildi.
Tədbirdə qeyd olunmuşdur ki, 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qəzeti az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər.
Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısının diqqət mərkəzindədir. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir.
Tədbir iştirakçıları çoxtirajlı “Ağdaş” qəzeti kollektivinin rayonda milli mətbuatın ənənələrinə sadiqliyini qeyd edərək, doğma qəzetin 90 ildən artıq dövr ərzində rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən proseslərdə fəal iştirak etdiyi, baş verən dəyişikliklərin layiqincə işıqlandırdığını diqqətə çatdırmışlar.
Sonda xatirə şəkli çəkdirildi.