Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Sağlam yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Tullantıların və yaşıllıqların insan orqanizminə təsirləri barədə maarifləndirmə” mövzusunda tədbir keçirilmişdir

14 dekabr 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən Ağdaş Dövlət Humanitar kollecində “Tullantıların və yaşıllıqların insan orqanizminə təsirləri barədə maarifləndirmə” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə ictimai birliyin icraçı-direktoru Tələt Qasımov açaraq bu tədbirin əhəmiyyəti barədə qısa məlumat vermişdir. Birliyin eksperti Həsrət Rüstəmov mövzu ətrafında məruzə ilə çıxış etmişdir.
Tədbir gənclərlə dialoq formasında davam etdirilmiş, sonda fəal gənclərə mövzunun adı yazılmış köynək, papaq və sertifikatlar təqdim edilmişdir.

 

Keçidlər