Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 2016-cı ilin birinci yarımilin yekunları müzakirə edilib.

22 iyul 2016 | 11:00

İyulun 15-də rayon İcra Hakimiyyətində RİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.İclasda 2016-cı ilin 6 ayı ərzində Ağdaş rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edildi.
İclasa sədrlik edən Ağdaş RİH-nin başçısı Tofiq İbrahimov Ağdaş rayonunda görülən abadlıq-qurculuq tədbirlərindən danışaraq bildirdi ki, 2016-cı ilin ilk yarısı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatmışdır.
Birinci yarımildə sosial-iqtisadi həyatın bütün sahələrində  bir sıra irəliləyişlərə nail olunmuş, aqrar sektorda uzun illər ərzində rayon üçün xarakterik olan ənənəvi  pambıqçılıq, baramaçılıq, çəltikçilik sahəsində məhsul istehsalının yenidən təsərrüfat dövriyyəsinə qaytarılması yolunda yeni mərhələnin başlandığını diqqətə çatdırılmışdır.
Şura iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn vəzifələrin icrası ilə bağlı “2016-cı ilin birinci yarısında Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə məruzə olunmuşdur.
Məruzə ətrafında çıxışlar olmuşdur.
Natiqlər çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat vermişlər.
Şura iclasını RİH-nin başçısı Tofiq İbrahimov yekunlaşdıraraq növbəti yarım ildə qarşıda duran vəzifələri uğurla icra etməkdən və mövcud problem və nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.

Keçidlər