Ağdaşda 15 iyun-Milli Qurtuluş günü qeyd olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək gül dəstələri qoymaqla ümummilli liderin xatirəsinə sonsuz ehtiramlarını bildirmişlər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İsmayıl Yusifzadə və digər natiqlər Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsinin XX əsrin böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, dahi şəxsiyyət, dövlətçilik tariximizin böyük siyasət nəhəngi olan böyük öndərin adının Azərbaycan xalqının simvoluna, əməlləri, həyatı və dövləti fəaliyyətinin doğma xalqına və torpağına sədaqət nümunəsi olduğu, Milli Qurtuluş gününün isə Azərbaycanın unudulmaz tarixinə çevrildiyi diqqətə çatdırılmışdır.
Tədbirdə qeyd olunmuşdur ki,bu gün Azərbaycan müstəqil dövlət olaraq dünya birliyindəki ölkələr sırasında dinamik inkişaf edərək, qazandığı uğurlarla regionun söz sahibi olan güclü dövlətə çevrilmişdir. Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Heydər Əliyevin xilas etdiyi Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq gələcəyə doğru inamla addımlayır.