Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda konfrans keçirildi.

01 iyun 2016 | 11:00

01 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və  rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə  “Multikultural dəyərlər və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda  regional  konfrans  keçirildi.
Tədbirdən öncə dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən ”Fitnə” sənədli filmi nümayiş etdirildi.
  Konfransı giriş sözü ilə açan  Ağdaş  rayon İcra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İsmayıl Yusifzadə mövzunun aktuallığından danışdı. O, daha sonra çıxış edərək qeyd etdi ki, dini ekstremizm və  radikalizm bu gün hər kəsi maraqlandıran və diqqət mərkəzində olan məsələlərdən biridir. Tarixən mədəniyyət müxtəlifliyi, müxtəlif təriqət və məzhəblərin qovşağında olan Azərbaycan heç bir zaman milli, mədəni və dini münasibətlər zəminində problemlərlə üz-üzə qalmamış, əksinə bu coğrafiyada yaşayan xalqlar öz zəngin mədəniyyətinin formalaşmasında böyük tərəqqiyə nail olmuşlar.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin  deputatı Elman Nəsirov, Qafqaz Müsəlmanları İdarəsini  bölgə qazisi Əli Məmmədov çıxış edərək dinin cəmiyyət həyatında, xüsusən gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolunun düzgün qiymətləndirilməsi, mütərəqqi islami dəyərlərin təbliğinin müasir tələblər səviyyəsində aparılmasının vacibliyini vurğulayaraq dindən siyasi məqsədlər üçün istifadənin yolverilməz olduğunu diqqətə çatdırdılar.  Çıxışlarda dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclər arasında maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsinin vacibliyi vurğulandı.

Keçidlər