Ağdaş rayonunda 28 may Respublika Gününə həsr olunmuş dəyirmi masa keçrilmişdir
27 may 2016-cı il tarixdə saat 11:00-da Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin 98-ci ildönümü və Respublika gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, Azərbaycan Xalq Cumhuriyyəti mövcud olduğu 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir dönüş mərhələsinin əsasını qoymuşdur. Demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynamışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan hazırda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda mətin addımlarla irəliləyir. Xalqımız bundan sonra da ümummilli liderimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək daha böyük tarixi zəfərlər əldə etməklə, öz müstəqilliyinin əbədiliyinin qorunub saxlanılmasına möhkəm təməllər yaradacaqdır.