Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşlı şəhid Ömər Cəbrayılov torpağa tapşırıldı.

06 aprel 2016 | 11:00

2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə qoşunların təmas xəttində düşmən təxribatlarının qarşısını alarkən şücaət göstərərək şəhid olan Ağdaş rayon sakini, 1997-ci il təvəllüdlü Milli Ordumuzun sıravi əsgəri Ömər Məzahir oğlu Cəbrayılovun aprelin 5-də doğulub boya-başa çatdığı  Şəkili kəndində  dəfn mərasimi keçirildi.
Böyük izdihamla müşayiət olunan, dövlət bayraqlarının dalğalandığı dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictmaiyyətinin  nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, bütövlükdə isə 10 000 nəfərə yaxın rayon sakini iştirak edirdi.
Azərbaycanın dövlət bayrağına bürünmüş şəhidin cənazəsi kənd qəbiristanlığına gətirildi. Ruhuna dualar oxundu. “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirildi. Şəhid əsgər yaylım atəşinin sədaları altında  torpağa tapşırıldı.
Bildiririk ki, Ömər  Cəbrayılov 2016-cı ilin yanvar ayının 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb. Düşmənin son təxribatları nəticəsində Füzuli rayonu ərazisində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!

Keçidlər