Ağdaşda “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilərin Quba-Qusar-Xaçmaz rayonlarına yolasalma mərasimi keçirilmişdir.
Ağdaş rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin təşkilatçılığı ilə ölkə Prezidentinin tapşırığına əsasən təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Ağdam, Xocalı, Xocavənd, Kəlbəcər və Laçın rayonundan olan iştirakçılarının martın 16-da Ağdaş rayonundan Lənkəran-Lerik-Astara marşrutu üzrə yolasalma mərasimi keçirilmiş, iştirakçılar yola düşməzdən əvvəl ulu öndərin abidəsi önünə gül dəstələri düzmüşdür.
24 mart 2016-cı il tarixdə rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin təşkilatçılığı, valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısından Ağdaş Ağdam, Xocalı, Xocavənd, Kəlbəcər və Laçın rayonundan olan ekskursiya iştirakçılarının “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz rayonlarına yolasalma mərasimi keçirildi.
Ekskursiyaya yola salınan iştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq abidəsi önünə gül dəstələri düzmüşdür. Rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Aynur Novruzova çıxış edərək, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, onlara göstərilən dövlət qayğısından danışaraq, belə layihələrin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd etmişdir.
Martın 27-də məktəblilər Heydər Əliyev Mərkəzinin qarşısında qarşılanmışdır.