Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Novruz şənlikləri keçirildi

19 mart 2016 | 11:00

Novruz şənliyi 19 mart 2016-cı il tarixdə saat 10:00-dan başlayaraq bayramsayağı bəzədilmiş Heydər Əliyev prospekti, Azadlıq meydanı, Heydər xiyabanı və Heydər parkında keçirildi.
Tədbirin keçirildiyi məkanlarda gənc rəssamların əl işləri, qədim əşyalar, milli mətbəx və xalq sənəti nümunələrinin nümayişi təqdim olunmaqla, güləş, karate, boks, şahmat, dama, idman növləri üzrə idmançıların nümunəvi çıxışları, “Kəndirbazlar” sirk folklor qrupu və rayonun mədəniyyət kollektivlərinin ifasında rəngarəng mahnı və xalq rəqslərindən ibarət proqram təqdim edildi.
Novruzun gəlişi münasibətilə Heydər Əliyev prospektində bayram tonqalı yandırılaraq bayramın əsas atributları olan Bahar qız, Dədə Qorqud, Keçəl, Kosa və milli geyimdə olan qızlar və oğlanlar meydana daxil oldu, folklor kollektivləri tərəfindən Novruz ovqatlı nümunəvi çıxışları təqdim edildi.
Əhalinin imkansız təbəqəsinə və uşaqlara plov, kabab, eyni zamanda milli mətbəximizin müxtəlif çeşidli yeməkləri bişirilməklə xidmət göstərildi.
Rayon rəhbərliyi tədbirlərin keçirildiyi ərazilərdə əhali ilə görüşərək, onlara bayram təbriklərini çatdırdı. Tədbir şəhərin görməli yerlərində bayram gəzintisi ilə başa çatdı.
Bayram  şənliyində 25 mindən artıq rayon əhalisi iştirak edirdi.

Keçidlər