Ağdaşda fənn olimpiadalarının yarımfinal turu keçirildi.
13 fevral 2016-cı il tarixdə Maqsud Şeyxzadə adına Texniki, Təbiət və Humanitar təmayüllü gimnaziyanın tədris korpusunda fənn olimpiadalarının yarımfinal turu keçirildi.
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 2015/2016-cı tədris ilində keçirilən respublika mərhələsinin yarımfinal turunda Ağdaş, Ağcabədi, ,Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarını təmsil edən 324 nəfər məktəbli iştirak edirdi. Yarımfinal mərhələsinə qatılan şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya fənləri üzrə qapalı test formasında təqdim edilən sualları cavablandırıblar.
Qeyd edək ki, respublika fənn olimpiadalarının birinci-rayon turunda 500 nəfər rayon məktəblisi iştirak etmiş, 68 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanmışdır.
Final mərhələsinin aprel ayında keçirilməsi nəzərdə tutulur.