Ağdaşda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edildi.
07 mart 2016-cı il tarixdə saat 11:00–da Heydər Əliyev Mərkəzində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən yerli icra strukturları, bələdiyyə qurumları, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birlikləri təmsil edən qadınlar iştirak edirdi.
Rayon icra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İsmayıl Yusifzadə qadınları rayon rəhbərliyi adından bayram günü münasibəti ilə təbrik etdi. O, çıxışında bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmış, gender məsələlərinin həllində əhəmiyyətli dönüşə nail olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin dövlət quruculuğu proseslərinə qadınların mühüm töhfələr verdiyini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir. Natiq ölkəmizdə bütün sahələrdə qazanılan uğurlarda qadınların, xüsusilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın danılmaz xidmətlərinin olduğunu diqqətə çatdırdı.
İştirakçılar rayonun mədəniyyət kollektivləri tərəfindən təqdim edilən geniş konsert proqramına tamaşa etdilər. Təqdim olunan mahnı və rəqslər alqışlarla qarşılandı.
Tədbirdə 350 nəfər iştirak edirdi.