Şriftin ölçüsü :

Saytın rəngi :

27 fevral 2016-cı il tarixdə Ağdaş rayon icra hakimiyyətində Ağdaş rayon icra hakimiyyətinin Apellyasiya Şurasının ilk iclası keçirilmişdir.

01 mart 2016 | 11:00

İclasın sədri, Ağdaş rayon icra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İsmayıl Yusifzadə iclası açaraq “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 03 fevral tarixli Fərmanına uyğun olaraq Ağdaş rayon icra hakimiyyəti başçısının 2016-cı il 08 fevral tarixli 20 nömrəli sərəncamı ilə Apellyasiya Şurasının yaradılması barədə məlumat verdi. Şura tərəfindən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinin araşdırılmasının çevikliyinin, şikayətlərə baxılması sahəsində şəffaflığın və obyektivliyin, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsinin vacibliyini vurğuladı. Sonra Apellyasiya Şurasının vəzifələri, hüquqları, fəaliyyətinin təşkili barədə geniş məlumat verdi.
  Apellyasiya Şurasının Katibliyinin rəhbəri, rayon icra hakimiyyəti başçısının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əli Kərimov çıxış edərək Apellyasiya Şurasının iclaslarının keçirilməsi qaydaları, iclas protokolları və qəbul etdiyi qərarlara, daxil olan şikayətlərə dair tələblər barədə ətraflı məlumat verdi. Eyni zamanda, bu günədək Şuraya müraciət daxil olmadığını bildirdi.
  Bunlarla yanaşı iclasda Şuranın cari fəaliyyətinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən daxil olan şikayətlərə baxılması qaydaları, araşdırma üsulları və forması, qərarların qəbulu və onların icrası, şikayətlərin təhlili və qeydiyyatı, qanunla açıqlanması qadağan edilən məlumatların qorunması, Apellyasiya Şurasının iclaslarında baxılan məsələlər barədə məlumatın yayılması və digər məsələlər müzakirə edildi. Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.
  Sonda Apellyasiya Şurasının sədri İ.Yusifzadə  Şuranın səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin həyata keçirilməsini, Şuraya daxil olan şikayətlər üzrə araşdırma işinin hərtərəfli, obyektiv və ən qısa zamanda aparılmasını və müraciətlərin operativ cavablandırılmasını tapşırdı.

Keçidlər