Ağdaşda 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirildi.
2016-ci il fevral ayının 12-də Heydər Əliyev Mərkəzində rayonda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi.
Tədbirdə rayon ictmaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Hesabat yığncağının iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək xalqımızn ümummilli liderinin xatirəsini ehtiramla yad etdilər.
Tədbir iştirakçılarına rayonun sosial-iqtisadi, mədəni və aqrar sahədəki inkişafı, aparılan abadlıq və quruculuq işlərindən bəhs edən viodeoçarx nümayiş olundu.
Yığıncaqda Ağdaş rayon İcra hakimiyyətinin başçısı Tofiq İbrahimov “2015-ci ildə Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” məruzə ilə çıxış edərək aparılan geniş sosial-iqtisadi inkişaf prosesləri, görülən abadlıq və quruculuq işləri, əhalinin sosial müdafiəsinin etibarlı şəkildə qorunması istiqamətində ölkədə həyata keçirilən antiböhran tədbirləri, yeni iş yerlərinin yaradılamsı barədə ətraflı məlumat verdi.
Məruzə ətrаfındа çıхış еdənlər 2015-ci ildə görülmüş işlər və qarşıda duran hədəflərdən dаnışaraq rəy və təkliflərini səsləndirdilər. Tədbirin gedişi zamanı iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, qaldırılan təkliflər dinlənildi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov tədbirin yekununda çıxış edərək respublikada sosial-iqtisadi inkişaf proseslərinin sürətləndirilməsi və qarşıda duran məsələlərlə bağlı ölkə rəhbərliyinin mövqeyini şərh etməklə, cari ildə rayonda nəzərdə tutulan konkret tədbirlərin icrasının vaxtında yerinə yetirilməsinin vacibliyini vurğuladı, qaldırılan sualları cavablandırdı.
Sonda rayon ictimaiyyətinin nümayəndələri adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə müraciət qəbul edildi.