Ağdaş Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası yaradıldı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixdə imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradıldı.
Sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxılması məqsədi ilə yaradılan Şuraya Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İsmayıl Yusifzadə sədr təyin edildi.
Üzvlərinin sayı 6 nəfərdən ibarət olan şuranın tərkibinə Aparatın strukturuna aid olan şöbələrin rəhbər şəxsləri və Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhəri üzrə nümayəndəsi daxil edilib, o cümlədən katibliyin rəhbəri və üzvləri müəyyənləşdirilib.