18 May - Beynəlxalq Muzeylər Günüdür
18 may 2026 | 17:59
Mayın 18-də Beynəlxalq Muzeylər Günü münasibətilə Ağdaş Tarix-Diyarşünaslıq Muzeyində “Açıq qapı” günü təşkil olunub. Gün ərzində muzeyi ziyarət edən rayon sakinləri, eləcə də gənclər və məktəblilər tariximizi, milli mədəni irsimizi əks etdirən eksponatlarla tanış olublar. Tədbirin keçirilməsində əsas məqsəd rayon sakinlərinə zəngin tarixi-mədəni irsimizi aşılamaq və xüsusilə gənc nəsil arasında milli-mənəvi dəyərləri təbliğ etməkdir.







