Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Dövlət Bayrağı günü silsilə tədbirlərlə qeyd olunmuşdur.

07 noyabr 2015 | 11:00

6-7 noyabr 2015-ci il tarixlərdə Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı günü münasibətilə ümumtəhsil məktəblərundə təhsil alan gənc rəssamların rəsm sərgisi nümayiş etdirilməklə bədii kompozisiya təqdim edilmiş, Mədəniyyət Turizm şöbəsi ilə birgə  Dövlət Bayrağı meydanında tədbir təşkil edilmiş, Olimpiya idman kompleksində yeniyetmə və gənclərin iştirakı ilə idmanın  taekvondo, sərbəst güləş və boks  növləri üzrə  açıq rayon birinciliyi keçirilmiş, Ağdaş rayonu və Mingəçevir şəhərinin qalib idmançıları  medallar  və fəxri fərmanlarla təltif edilmişdir.
Heydər Əliyev Mərkəzində  dəyirmi masa ətrafında  keçirilən tədbirdə  məruzə dinlənilmiş, müzakirələrdə Azərbaycanın dövlət müstəqilliyinin Azərbaycan xalqının ən böyük  tarixi nailiyyəti olduğu vurğulanmış, ölkəmizdə möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi altında Dövlət Bayrağına  ehtiram əlaməti olaraq   həyata keçirilən tədbirlər, həmin tədbirlərin gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət daşıdığı qeyd olunmuşdur.

Keçidlər