Ağdaş rayonunda Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilmişdir.
5 oktyabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayonun təhsil müəssisələrində çalışan qabaqcıl müəllimlər, rəhbər təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Təhsil müəssisələrinin nümayəndələri əvvəlcə ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzmüşlər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin əməyinin qiymətləndirilməsi istiqamətində imzaladığı sərəncamların təhsilin keyfiyyətinin artmasına mühüm təsir göstərdiyini diqqətə çatdırmış, təhsil sahəsində islahatların uğurlu nəticələr verdiyini qeyd etmişlər.
Təhsilin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinə fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbir rayon məktəblilərinin ifasında konsert proqramı ilə başa çatmışdır.