Bilik Fondu tərəfindən Ağdaşda təbirlər keçirilmişdir.
15 sentyabr 2015-ci il tarixdə saat 11-00-da Habil Əliyev adına Musiqi məktəbində rayon İcra hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dəstəyi ilə “Ümummilli lider Heydər Əliyev multikulturalizmin siyasi banisidir” mövzusunda mühazirə keçirilmişdir.
Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının məsul nümayəndələri, təhsil işçiləri, ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri, rayon İcra hakimiyyəti və hüquq-mühafizə orqanlarının əməkdaşları, RİHB-nın inzibati ərazi dairəsi üzrə icra nümayəndələri iştirak etmişdir.
Bilik Fondunun əməkdaşı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Nazənin Hüseynova dinləyicilər qarşısında çıxış edərək qeyd etmişdir ki, azərbaycançılıq ideologiyası, milli kimliyimizin dərki istiqamətində Heydər Əliyev tərəfindən ortaya qoyulan mükəmməl bir ideologiyanın siyasi hədəf götürülməsi, bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkədə multikultural dəyərlərin inkişafına verilən töhfələr, hazırda Azərbaycanı Şərq və Qərb sivilizasiyalarının ən gözəl nailiyyətlərini özündə birləşdirən modern bir dövlətə çevrmişdir.
Həmin gün ərzində multikulturalizmin mühüm aspektləri barədə Bilik Fondunun əməkdaşları, Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının dosenti Vüqar Əlizadə Abad hənd orta məktəbində, Mədəniyyət və İncəsənət Universitetinin professoru Mübariz Süleymanlı, Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçiləri Mətləb Mahmudov və Faiq Ələkbərov 9 nömrəli şəhər ümumi orta məktəbin şagird və pedaqoji kollektivi qarşısında çıxış etmiş, sualları cavablandırmışlar.