Ağdaşda təhsil işçilərinin konfransı keçirildi.
10 sentyabr 2015-ci il tarixdə saat 11-00-da Heydər Əliyev Mərkəzində Ağdaş rayon təhsil işçilərinin “2014/2015-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr”ə həsr edilən konfransı keçirildi.
Konfransın plenar iclasına məktəb rəhbərləri, qabaqcıl müəllimlər, respublika fənn olimpiadalarının qalibləri, rayonun ümumtəhsil məktəblərini 2015-ci ildə bitirərək respublikanın ali məktəblərinə qəbul zamanı 600 baldan yuxarı nəticə göstərmiş tələbələr, rayon ictimaiyyəti, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşdu.
Konfrans nümayəndələri tədbirdən öncə xalqımızın ümummmili lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək xatirəsini ehtiramla yad etdilər.
Dövlət himni səsləndirildikdən sonra konfrans öz işinə başladı. Rayon təhsil şöbəsinin müdiri Lütvü Paşayev “2014/2015-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr”lə bağlı məruzə ilə çıxış etdi.
Məruzə ətrafında müzakirələrdə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi, M.İsayev adına şəhər tam orta məktəbin direktoru Ədilxan Ədilov,”Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi, S.Vurğun adına şəhər tam orta məktəbin müəllimi Şəkər Pirimova , Azərbaycan Tibb Universitetinin I kurs tələbəsi Ləman Kərimli(695 bal), Qaradağlı bələdiyyəsinin sədri Əli Musayev, gənc müəllim Aytən Cəfərova, valideyn Aynur Məmmədova, Xosrov kənd tam orta məktəbin müəllimi Aynur Mustafayeva çıxış etdi.
Konfransın işində iştirak edənTəhsil Nazirliyinin nümayəndəsi Əlişah Gərayev çıxış edərək respublikda təhsilin inkişafı bağlı yeni dərs ilində həyata keçiriləcək dəyişiklilərlə barədə ətraflı məlumat verərək konfransın işinə uğurlar arzuladı.
Rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova konfransda çıxış edərək ötən dərsilinin yekunları, əldə edilən nailiyyətlər və mövcud nöqsanlara toxunaraq yeni dərs ilində onların aradan qaldırılmasına diqqətin artırılmasının vacibliyini vurğuladı.
2015-ci ildə respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edərək 600 baldan yuxarı nəticələr göstərmiş məzunlara rayon İcra hakimiyyətinin hədiyyələri, qabaqcıl müəllimlərə fəxri fərmanlar təqdim edildi.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
Konfrans dövlət himninin səsləndirilməsi ilə başa çatdı.