Şriftin ölçüsü :

Saytın rəngi :

17 Noyabr Milli Dirçəliş Günüdür.

17 noyabr 2022 | 10:42

1992-ci ildən etibarən 17 Noyabr  Milli Dirçəliş Günü kimi qeyd olunur.

Milli Dirçəliş prosesləri indi ölkəmizdə ən yüksək mərhələyə daxil olub.

Bu mərhələnin ən önəmli dövrü 2020-ci ilin sentyabr ayının 27-dən etibarən torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə əlaqədar savaşın başlaması ilə yaddaşlarda qalacaqdır.

Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi.

Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Postmüharibə dövründən sonra ölkəmizin bütün sferalarında islahatlar sürətlə davam etdirilir. İşğaldan azad olunan torpaqlarımıza qayıdış yolunda mühüm dövr başlanılıb. Daxili və xarici siyasətdə ölkəmizin uğurları davam edir.

Milli Dirçəliş Gününüz mübarək, əziz həmyerlilər!

 

Keçidlər